İkardi 10 milyon avro məvacib təklifinə “yox” dedi
İtaliyanın “İnter” klubundakı gələcəyi müzakirə olunan Mauro İkardi daha bir təklifdən imtina edib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Fransanın “Monako” klubu argentinalı futbolçu üçün hərəkətə keçib. “Knyazlıq klubu”, “İnter”lə 65 milyon avro müqabilində razılaşıb. Lakin İkardi Fransa təmsilçisinin 10 milyon avro məvacib təklif etməsinə baxmayaraq, “Monako”ya transfer olunmaqdan imtina edib.
Bir neçə gün əvvəl futbolçunun həyat yoldaşı və meneceri Vanda Nara, İkardinin “İnter”dən getmək istəmədiyini, karyerasını bu klubda davam etdirəcəyini bildirmişdi. Hücumçunun adı “Yuventus” və “Napoli” ilə yanaşı çəkilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin