
Fransa klubu Fati üçün danışıqlar aparır
“Monako” “Barselona”nın hücumçusu Ansu Fatini heyətinə qatmağa yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər ispaniyalı futbolçunun icarəyə götürülməsi və sonradan satınalma imkanı ilə bağlı danışıqlar aparır.
Fati özü də Fransa klubuna keçməyə müsbət yanaşır.
22 yaşlı forvard cari mövsümdə bütün turnirlərdə 11 oyunda iştirak edib. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin