“Monako” cinsi təcavüzdə ittiham olunan futbolçudan vaz keçmir

“Monako” cinsi təcavüz iddialarından sonra hücumçusu Vissam Ben Yedderi komandadan qovmamaq qərarına gəlib.

Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.

Daha əvvəl 32 yaşlı fransalı futbolçu ilə bağlı 19 və 20 yaşlı iki qızın məhkəməyə müraciət etdiyi bildirilirdi. Onlar Ben Yedderi və onun kiçik qardaşını məhkəmədə cinsi təcavüzdə ittiham edirlər.

2023-cü ilin aprelində Ben Yedder vergidən yayındığına görə də şərti cəza almışdı.

Ben Yedder 2019-cu ildən “Monako”da çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 43 matçda 25 qol və 7 məhsuldar ötürmə ilə “knyazlıq klubu”nun bombardiri olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button