“Monako”da almaniyalı qapıçı – Rəsmi
Fransanın “Monako” klubu “Zalsburq”un qapıçısı Filipp Könü heyətinə qatıb.
Komanda.az “transfermarkt” portalına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi qolkiper üçün 10 milyon avro ödəyib.
Almaniyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
O, 2022/23 mövsümündə “Zalsburq”un heyətində 42 oyuna çıxıb, 19 dəfə qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin