PSJ-ni 1/4 finala buraxmadılar

Futbol üzrə Fransa kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, sonuncu oyun günündə PSJ “Nitsa” ilə üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Bu üzdən penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Nitsa” mərhələ adlayıb.

Daha öncə Liqa 1-də uğursuz mövsüm keçirən “Sent Etyen” kubokda da aşağı liqa təmsilçisi “Berjerak”a məğlub olaraq mübarizəni dayandırmışdı. “Lans” və “Monako”nun görüşü daha məhsuldar alınmışdı. 6 qolluq qarşılaşma “Monako”nun qələbəsiylə yekunlaşmışdı.

Əvvəlki günlərdə isə “Nant”, “Amyen”, “Versal”, “Bastiya”, “Olimpik” (Marsel) klubları da 1/4 finala vəsiqə qazanmışdı.

Fransa kuboku, 1/8 final

29 yanvar

Nant – Brest 2:0
Nansi – Amyen 0:2
Tuluza – Versal 0:1
Reyms – Bastiya 1:1 (penaltilər 3:5)
Olimpik (Marsel) – Monpelye 1:1 (penaltilər 5:4)

30 yanvar

Berjerak – Sent Etyen 1:0
Lans – Monako 2:4

31 yanvar

PSJ – Nitsa 0:0 (penaltilər 5:6)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button