
“Atletiko”nun futbolçusu “Bornmut”un 20 milyon avroluq təklifini rədd edib
“Atletiko”nun argentinalı müdafiəçisi Nauel Molina “Bornmut”a keçməkdən imtina edib.
Komanda.az “Football Espana”-ya istinadən xəbər verir ki, 27 yaşlı oyunçu 20 milyon avroluq təklifə baxmayaraq, Madriddə qalmağı üstün tutub.
Madrid klubu özü isə Molina ilə vidalaşmaqda tərəddüd etməzdi. Çünki onun mövqelərində kifayət qədər keyfiyyətli oyunçular mövcuddur, o cümlədən Markos Lyorente və Mark Pubilya.
Molina son mövsümdə klub səviyyəsində 46 oyuna çıxaraq, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



