“Şerif”in sabiq baş məşqçisi Azərbaycandan təklif alıb
Moldovanın “Şerif” komandasının sabiq baş məşqçisi Luka Pavloviç Azərbaycandan təklif alıb.
Komanda.az xəbər verir ki, bu barədə xorvatiyalı mütəxəssis Moldova mətbuatına açıqlamasında deyib. O, “Şerif”dən ayrıldıqdan sonra Azərbaycanın U-18 yığmasını çalışdırmaq variantının olduğunu deyib:
“Azərbaycanın U-18 millisinin baş məşqçisi ola bilərdim, ancaq alınmadı. Bir ay işsiz qaldım. Sonra Rusiyanın “Baltika” komandası ilə razılaşdım. Kalininqrad haqda xoş şeylər eşitmişdim və bu klubla tez anlaşdım”.
Pavloviç 2018/2019 mövsümündə “Şerif”də baş məşqçilik edib. O, 2019-cu ilin sentyabrından “Baltika” klubunun akademiyasında çalışır.
Hazırda Azərbaycanın U-18 millisini Miloş Velebit çalışdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin