Moldovalı qapıçıdan 25-ci “quru oyun”
Bakının “Keşlə” klubunun qapıçısı Stanislav Namaşko Azərbaycan Premyer Liqasında 25-ci “quru oyun”unu keçirib.
Komanda.az PFL-in saytına istinadən xəbər verir ki, yubiley 2020/21 mövsümünün ilk turuna təsadüf edib. “Sumqayıt”la səfər matçında (1:0) qol buraxmayan moldovalı ölkə çempionatında 25-ci dəfə qapısını toxunulmaz saxlayıb. Namaşko buna 75-ci oyununda nail olub.
2014/15 mövsümündə AZAL-ın heyətində Premyer Liqada debüt edən qapıçı, həmin çempionatda 3 “quru oyun” keçirib. Növbəti mövsümdə isə moldovalı 14 belə görüşün iştirakçısı olub. Ötən çempionatda ölkəmizə qayıdan Namaşko “Keşlə”dəki debüt mövsümündə 7 matçda qapısını toxunulmaz saxlayıb. Stanislav Azərbaycan çempionatları tarixində 25 və daha çox “quru matç” keçirən 49-cu qapıçı olub.
Bu göstəricidə rekord Rauf Mehdiyevə məxsusdur. O, 137 “quru oyun” keçirib.
Bizi Facebook-da izləyin