
Azərbaycan millisi Moldovaya məğlub oldu
Moldovada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisi Moldovanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Görüş moldovalıların 2:0 hesablı qələbəsiylə başa çatıb.
Bu komandalar arasında keçirilmiş ilk oyunda Azərbaycan millisi 2:0 hesablı qələbə qazanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin