Moldovada bütün idman yarışları təxirə salındı

Moldovada bütün idman yarışları qeyri-müəyyən müddətə təxirə salınıb.

Komanda.az xəbər verir ki, buna səbəb ölkədə koronavirusa yoluxma hallarının artmasıdır. Moldovanın futbol çempionatında bu gün keçirilməli olan bütün qarşılaşmalar təxirə salınıb.

Moldova yığmasının DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Kişinyovda Farer adaları (25 mart) və İsrailə (31 mart) qarşı keçirəcəyi oyunlar da ləğv oluna bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button