Moldova yığmasında Azərbaycanla oyundan öncə 2 yeni futbolçu

Moldova millisinə Azərbaycan və Rumıniya yığmalarına qarşı yoldaşlıq oyunları üçün iki yeni futbolçu çağırılıb.

Komanda.az xəbər verir ki, bunlar “Petrokub”un yarımmüdafiəçisi Yaser Tsurkan və “Sfıntul George”nin müdafiəçisi Mixail Ştefandır.

Bu barədə Moldova Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Onların Maksim Kojokaru və Vyaçeslav Posmakın əvəzinə komandaya cəlb olunduğu diqqətə çatdırılıb.

Xatırladaq ki, Moldova millisi noyabrın 16-da Azərbaycanla, 4 gün sonra isə Rumıniya yığması ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button