
Bordin Azərbaycanla oyundan danışdı: “Çətin olacaq, ancaq…”
Moldova milli komandasının baş məşqçisi Roberto Bordinin Azərbaycanla qarşılaşacaqları yoxlama oyunundan əvvəl mətbuat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, Bordin, sabah keçiriləcək oyunla bağlı bunları deyib:
“Sabah son zamanlarda özünü yaxşı tərəfdən göstərən bir rəqiblə qarşılaşacağıq. Azərbaycanı və oradakı futbolçuları tanıyıram. Məşqçilərinin yaxşı təcrübəsi var. Oyun çətin olacaq, ancaq yolumuza davam etməliyik”.
Sabah Kişinyovda keçiriləcək Moldova – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin