
Moldova – Azərbaycan matçının vaxtı dəqiqləşib
Futbol üzrə Moldova və Azərbaycan yığmaları arasında keçiriləcək yoldaşlıq matçının dəqiq vaxtı məlum olub.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 16-da Kişinyovdakı “Zimbru” stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.
Azərbaycan millisi noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da Şimali Makedoniya ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin