“Molde” “neytral meydan” dedi, “Qarabağ” UEFA-ya üz tutdu AÇIQLAMA

Futbol üzrə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ” – “Molde” oyununun neytral meydanda keçirilmək variantının yarandığını xəbər vermişdik.

Məsələ burasındadır ki, Norveç klubu Azərbaycan səfərindən sonra 10 günlük karantində qalmaq məcburiyyətində qalacaq.

Yerli hökumətin bu məsələdə komandaya istisna tətbiq etməsi ehtimalı aşağı olduğundan, “Molde” matçın fərqli məkanda oynanılmasını istəyir. Artıq Norveç klubu bununla bağlı “Qarabağ”a müraciət də ünvanlayıb. Bunu Komanda.az-a açıqlamasında Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov söyləyib:

“Bəli, Norveç tərəfi oyunun neytral meydanda keçirilməsini istəyir. Norveç hökumətinin ölkəyə gələn şəxslərlə bağlı 10 günlük karantin tələbi var. Bununla əlaqədar “Molde” rəsmiləri özlərinin müəyyənləşdirdiyi 6-7 ölkədə oynamağı təklif edirlər. Təbii ki, biz o şərtlərlə razılaşmadıq və UEFA-ya müraciət etdik. Qarşılaşmanın Bakıda təşkil olunması ilə bağlı qitə futbol qurumundan cavab gözləyirik”.

Püşkə əsasən “Qarabağ” “Molde”ni sentyabrın 15-16-da Bakıda qəbul etməlidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button