MOK-un İcraiyyə Komitəsinin iclası keçirildi

Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda çıxış edən qurumun vitse-prezidenti Çingiz Hüseynzadə İK-nın iclasının iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.

İlin idman yekunları, 2023-cü ilin idman tədbirləri ilə bağlı fikir mübadiləsi aparıldıqdan sonra MOK-un 30 illik yubiley tədbirləri haqqında xüsusi təqdimat iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Cari məsələlərin müzakirəsindən sonra dövlət tərəfindən verilmiş mükafatların təqdimatı keçirilib. Prezident İlham Əliyevin sərəncamı ilə Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanının inkişafında xidmətlərinə görə Zemfira Meftaheddinova, Rəfiqə Şabanova, Xəzər İsayev, Nazir Rəhimov Prezidentin fəxri diplomu ilə, Murad Fərzəliyev və Mehman Kərimov “Tərəqqi” medalı ilə təltif olunublar. Nazim Hüseynov və Vaqif Əliyevə isə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib.

Prezident İlham Əliyevin sərəncamı ilə Ağacan Abiyev Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button