MOİK Premyer Liqada

MOİK futbol üzrə Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.

Komanda.az xəbər verir ki, Azər Bağırovun çalışdırdığı bu komanda 2019/20 mövsümü üçün Premyer Liqaya vəsiqəni təmin edib.

Bu, Birinci Divizionun 22-ci turunda rəsmiləşib. Aşağı liqanın lideri bu gün keçirilən matçda “Keşlə”nin əvəzedicilərinə 2:1 hesabıyla qalib gəlib.

Bununla da “hərbçilər” 22 turdan sonra xal hesabını 56-ya çatdırıb. Çempionatın əsasnaməsinə görə, Birinci Divizionda ikinci komandalar istisna olmaqla, ən yüksək yer tutan komanda Premyer Liqaya vəsiqə qazanır.

MOİK-in ən yaxın izləyiciləri isə ikinci komandalardı. Bunlar “Sumqayıt-2” və “Neftçi-2” kollektivləridi ki, əvəzedicilər yüksək dəstəyə vəsiqə əldə edə bilməz.

Bu turadək yeganə vəsiqə uğrunda mübarizədə MOİK-in əsas rəqibi “Zaqatala” idi. Bu oyunadək 4-cü sırada qərarlaşan komanda “Ağsu”nu 4:2 hesabı ilə yenib. Lakin MOİK-in qələbəsindən sonra iki komanda arasında xal fərqi 14-ə çatıb. Mövsümün sonuna 4 tur qaldığını nəzərə alsaq, zaqatalalıların “hərbçilər”i qabaqlaması mümkünsüzdü.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button