MOİK müraciət etdi, PFL “Turan Tovuz”la oyunu təxirə saldı

Azərbaycan Respublikasının müdafiə nazirinin əmrinə əsasən, Azərbaycan ordusunun hərbi qulluqçularının, mülki işçilərinin infeksion xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədi ilə hərbi qulluqçuların və mülki işçilərin xidmət etdikləri və çalışdıqları hərbi hissə və müəssisələrdən ezamiyyətə getmələri müvəqqəti olaraq dayandırılıb.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, buna görə də, MOİK klubunun rəhbərliyi bu gün Peşəkar Futbol Liqasına müraciət edərək, 6 mart 2020-ci il tarixində keçirilməli olan “Turan Tovuz” – MOİK görüşünün təxirə salınmasını xahiş edib.

PFL rəhbərliyi müraciəti rəhbər tutaraq, qeyd olunan oyunu təxirə salıb. Görüşün vaxtı və yeri məlum deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button