MOİK-in məşqçisinə 5 oyunluq cəza verildi

Birinci liqada çıxış edən MOİK-in məşqçisi Orxan Səfiyarov hakimləri təhqir etdiyi üçün cəzalandırılıb.

Komanda.az xəbər verir ki, 15-ci turda “Qaradağ Lökbatan”la keçirilən oyunun sonlarında qırmızı vərəqə alan mütəxəssis 5 matçlıq diskvalifikasiya olunub.

Ordu klubu buna görə 400 manat cərimə edilib.

“Hərbçilər”in futbolçusu Nazim Məmmədzadə isə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığından 3 oyunluq cəzalandırılıb, klubunu 200 manat ziyana salıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button