MOİK-in hakimləri təhqir edən futbolçusunun cəzası açıqlandı
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:
Birinci divizionun 8-ci turunun “Qaradağ Lökbatan” – MOİK oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
Oyun bitdikdən sonra MOİK klubunun futbolçusu Elgün Bayramov hakimlər briqadasını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur.
8-ci turun “Sumqayıt-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasının futbolçusu Elşad Tağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, komanda 20 manat cərimə olunur.
8-ci turun “Neftçi-2” – “Keşlə-2” oyununda “Keşlə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur.
Bizi Facebook-da izləyin