
MOİK-in futbolçusu 3 oyunluq cəzalanıb
AFFA İntizam Komitəsi MOİK klubunun futbolçusu Samir Məhərrəmlini 3 oyunluq cəzalandırıb.
Komanda.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.
Məhərrəmli 1-ci Liqada 2-ci turun “Şimal” – MOİK görüşünün 90+4-cü dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. Onun komandası isə buna görə 900 manat cərimələnib.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


