
MOİK-də iranlı futbolçu
“Araz Saatlı” iranlı hücumçu Elşən Sabbağini mövsümün sonuna qədər MOİK-ə icarəyə verib.
Komanda.az xəbər verir ki, o, bu günə qədər Saatlı klubunun heyətində 8 oyunda forma geyinib və 1 qol vurub.
Saatlı təmsilçisi Elşənə göstərdiyi xidmətlərə görə təşəkkür edib, karyerasında uğurlar arzulayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin