“Möhtəşəm qələbə qazandıq”

“Yuventus”un baş məşqçisi İqor Tudor İtaliya çempionatının 37-ci turunda “Udineze” üzərində qələbə (2:0) ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis layiqli qələbə qazandıqlarını bildirib:

“Möhtəşəm, layiqli qələbə qazandıq. Komanda bu oyuna yaxşı hazırlaşmışdı. Uşaqları təbrik edirəm. Son addımı Venesiyada atmaq qalır”.

“Yuventus” hazırda 67 xalla İtaliya çempionatının turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button