
“Modriçin A Seriyasına gəlişi futbolu daha baxımlı edəcək”
“Napoli”nin sabiq müdafiəçisi Xalidu Kulibali hazırda Səudiyyə Ərəbistanında çıxış etsə də, A Seriyasını yaxından izləməyə davam edir.
Komanda.az “La Gazzetta Dello Sport”-a istinadən xəbər verir ki, seneqallı futbolçu, “Milan”ın yeni transferi Luka Modriç haqqında yüksək fikirlər söyləyib:
“Modriç əfsanədir. Onun A Seriyasına gəlişi, həmçinin, Kevin de Bruynenin “Napoli”yə transferi futbolu daha baxımlı edir. İndi oyunlara baxmaq daha maraqlı olacaq”.
Xorvatiyalı yarımmüdafiəçi əvvəllər “Tottenhem” və “Real”ın heyətində çıxış edib.
Kulibali hazırda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunın rənglərini qoruyur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



