Ançelotti: “Modriç “Milan” üçün möhtəşəm transferdir”

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Luka Modriçin “Milan”dakı çıxışını yüksək qiymətləndirib.

Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, o, xorvatiyalı futbolçunun İtaliya klubu üçün möhtəşəm transfer olduğunu söyləyib:

“Modriçin uğuruna təəccüblənmirəm. O, “Real”da bir məşq də buraxmayıb. Onun əla genetikası, düzgün münasibəti, təcrübəsi və xarakteri var. Bütün bunlar ona 40 yaşında belə, ən yaxşı yarımmüdafiəçilərdən biri olaraq qalmağa imkan verir. “Milan” üçün möhtəşəm transferdir”.

Modriç “Real”da italiyalı mütəxəssisin rəhbərliyi altında çıxış edib və hər ikisi bu ilin yayında Madrid klubundan ayrılıb. 40 yaşlı futbolçu bu yaxınlarda A Seriyasında ayın oyunçusu seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button