
“Modriçin təcrübəsi “Milan” üçün lütfdür”
“Milan”ın sabiq futbolçusu Roberto Donadoni komandanın yeni yarımmüdafiəçisi Luka Modriçi yüksək qiymətləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, xorvatiyalı futbolçunun 40 yaşında da komandaya faydalı ola biləcəyinə şübhə etmir:
“Modriç kimi çempion təkcə meydanda deyil, hər şeydə faydalı olacaq. O, gənclərə dərs verə bilər, bu amili qiymətləndirmək ümumiyyətlə çətindir. Yaş oyun vaxtının miqdarında rol oynaya bilər, keyfiyyətdə deyil. Onun təcrübəsi “Milan” üçün lütfdür”.
Donadoni 1999-cu ildə 36 yaşında “Milan”a qayıdıb və daha bir çempionluq titulunu qazanmağı bacarıb.
A Seriyasının yeni mövsümü bu həftənin sonunda başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



