
Az oynayır, amma “Real”dan ayrılmaq istəmir
Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç bu yay “Real”dan ayrılmaq istəmir.
Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, 38 yaşlı futbolçu az oynamasına baxmayaraq, daha bir mövsüm “kral klubu”nun düşərgəsində qalmaq niyyətindədir.
Modriç bu mövsüm bütün turnirlərdə 38 matçda meydana çıxıb. O, 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Modriçin “Real”la müqaviləsi bu ilin iyunun sonunda başa çatır.
“Real” 32 turdan sonra 81 xalla İspaniya çempionatının turnir cədvəlində 1-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin