Modriç yeni müqavilə istəyir

Luka Modriç “Real”da qalmaq istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu “kral klubu” ilə müqaviləsinin müddətini 2026-cı ilin iyununa qədər uzatmaq niyyətindədir.

Bu seçim 39 yaşlı yarımmüdafiəçi üçün prioritetdir. Onun madridlilərlə hazırkı müqaviləsinin müddəti yayda başa çatacaq.

Modriç bu mövsüm bütün turnirlərdə 44 oyuna çıxıb, 4 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button