
Modriçin “Real”dakı taleyinə aydınlıq gəlib
“Real”ın yarımmüdafiəçisi Luka Modriç növbəti mövsümdə komandada qalacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı xorvatiyalı futbolçu “Real” rəhbərliyinə “yeni mövsümdə görüşərik” dediyini söyləyib.
Modriç ötən mövsüm 45 matçda iştirak edib, 2 qol vurub və 8 məhsuldar ötürmə verib. “Kral klubu” mövsümün sonunda İspaniya çempionu və Çempionlar Liqasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin