Modriç DÇ-2026-da oynamaq istəyir
“Real”ın yarımmüdafiəçisi Luka Modriç karyerasını bitirmək fikrində deyil.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. Amma xorvatiyalı yarımmüdafiəçi komandası üçün əhəmiyyətini sübut etmək və müqaviləni bir daha uzatmaq əzmindədir.
Modriç 2026-cı ildə keçiriləcək dünya çempionatında oynayacağını və o vaxta qədər “Real”ın oyunçusu olaraq qalmağa üstünlük verəcəyini etiraf edir.
Gələn ilin sentyabrında 40 yaşı tamam olacaq veteran futbolçu cari mövsümdə “Real”ın heyətində 12 matçda iştirak edib, 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin