Modriç karyerasındakı ən dəyərli kubokdan danışdı
“Real”ın və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç qazandığı çoxsaylı kuboklardan hansını ən dəyərli hesab etdiyini bildirib.
Komanda.az xəbər verir xorvatiyalı futbolçu “Madrid Xtra”-ya açıqlamasında bunları deyib:
“Məni ən çox maraqlandıran komanda kuboklarıdır, şəxsi olanlar deyil. Ən qürur duyduğum birini seçməli olsaydım, bu, 2014-cü il UEFA Çempionlar Liqası olardı. Həmin turnir komanda, bütün klub və azarkeşlər üçün həqiqətən də xüsusi idi. Bu, “Real”ın Çempionlar Liqasındakı 10-cu qələbəsi idi və 10 ən çox sevdiyim rəqəmdir”.
39 yaşlı yarımmüdafiəçi bu yay “Real” tarixinin ən titullu oyunçusu olub. Belə ki, o, bu komanda ilə 27 kubok qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin