Modriç hər şeyə razıdır – təki “Real”da qalsın
İspaniyanın “Real” klubunun futbolçusu Luka Modriç komandada qalmaq niyyətindədir.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı futbolçu bunun üçün məvacibinin azaldılmasına da razı olub. Futbolçu koronavirus səbəbiylə kluba dəyən ziyandan və hazırkı vəziyyətdən xəbərdardır. Bu səbəblə, o, məvacibinin azaldılmasını və yeni şərtlərlə müqavilə imzalanmasını təklif edib.
2012-ci ildən “Real”ın şərəfini qoruyan Modriçin klubla müqaviləsi bu ilin yayında başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin