
Modriç 120 milyon avroluq təklif alıb
Luka Modriç “Real”ı tərk edə bilər.
Komanda.az “OK Diario”-ya istinadən xəbər verir ki, 37 yaşlı xorvatiyalı yarımmüdafiəçi Səudiyyə Ərəbistanından 3 mövsüm ərzində 120 milyon avroluq təklif alıb.
İddia olunur ki, Modriç “Real” rəhbərliyinə klubdan ayrılmaq istədiyini deyib.
Modriçin “Real”la müqaviləsi iyun ayında başa çatır.
Xorvat futbolçu 2012-ci ildə “Real”a keçib. O, Madrid klubu ilə 22 kubok qazanıb. Modriç 2018-ci ildə “qızıl top”u alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin