![](https://komanda.az/wp-content/uploads/2024/06/ancelotti.jpg)
ÇL: Modriç və Kamavinqa “Mançester Siti”yə qarşı oynayacaq?
“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında “Mançester Siti” ilə qarşıdakı oyunda start heyətini necə müəyyənləşdirəcəyindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, tam dəqiq bir şey söyləməyib:
“Luka Modriç və Kamavinqa “Mançester Siti”yə qarşı oynayacaqmı? Oyundan əvvəl futbolçuların hansı durumda olduqlarını görməliyik. Bu gün “Atletiko”ya qarşı oyuna start heyətində başlamayanlar üstünlük qazanacaqlar”.
Madrid klubu dünən evdə “Atletiko” ilə heç-heçə (1:1) edib. Komanda çərşənbə axşamı Çempionlar Liqasının pley-off mərhələsinin ilk turunda səfərdə “Mançester Siti” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin