
Modriç üçün Qətər variantı
Qətərin idman rəhbərliyi xorvatiyalı futbolçu Luka Modriçi öz liqalarının bir klubunda görmək istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu arzu, Qətərin Asiya arenasında Səudiyyə Ərəbistanının çempionatı ilə rəqabət yaratmaq cəhdləri ilə bağlıdır. Qətərdə artıq Xoselu, David Qarsiya, Rodriqo Moreno və dünya çempionu Xavi Martinez kimi ulduzlar çıxış edir.
Hazırda Modriçin “Real”la olan müqaviləsini uzadıb-uzatmayacağı barədə heç bir məlumat yoxdur. İki il əvvəl o, Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun təklifini rədd edib,
39 yaşlı Modriç bu mövsüm La Liqada 29 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin