
Modriç üçün əlamətdar oyun FOTO
“Real” İspaniya La Liqasının 33-cü turunda “Atletik”i darmadağın edib.
Komanda.az xəbər verir ki, 3:0 hesabıyla bitən görüş Madrid təmsilçisinin yarımmüdafiəçisi Luka Modriç üçün əlamətdar olub. Bu barədə klubun rəsmi “tvitter” hesabı məlumat yayıb.
Xorvatiyalı futbolçu “Atletik”lə matçda iştirak edərək, “kral klubu”nda 300-cü oyununu keçirib. “Real”ın prezidenti Florentino Peres oyundan sonra Modriçə üzərində “300” yazılmış forma təqdim edib.
Modriç 2012-ci ildə “Tottenhem”dən “Real”a keçib. Xorvat futbolçu 2018-ci ildə “qızıl top” mükafatının qalibi olub.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin