
Modriç təklif gözləyir
“Real”ın yarımmüdafiəçisi Luka Modriç cari mövsüm başa çatdıqdan sonra klubda çıxışını davam etdirmək niyyətindədir.
Xorvatiyalı futbolçunun Madrid klubu ilə hazırkı müqaviləsi bu yay başa çatacaq.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, veteran oyunçu “kral klubu” ilə müqaviləsinin müddətini daha bir il uzatmaq istəyir. 39 yaşlı yarımmüdafiəçi “Real”ın rəhbərliyindən təklif gözləyir.
Modriç dünən Karlo Ançelottinin komandasına La Liqa matçında (2:0) “Jirona”nı məğlub etməkdə kömək edib. O, bu matçda fərqlənib.
Modriç bu mövsüm Madrid komandasının heyətində 39 matçda iştirak edib, 4 qol vurub və 6 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin