“Modriçin karyerasını bitirmək üçün hələ tezdir”

“Real”ın qapıçısı Kepa Arrisabalaqa Madrid klubunun futbolçusu Luka Modriçin karyerasını bitirmək barədə düşünmək üçün hələ tez olduğunu deyib.

Komanda.az Madrid klubunun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı qolkiper, Modriçin komandanın əsas oyunçusu olduğunu bildirib:

“Onun əla keyfiyyətləri var, karyerasını bitirmək üçün hələ tezdir. Düşünürəm ki, o, mümkün qədər uzun müddət oynamalıdır. Modriç “Real”ın əsas oyunçusudur, hamı onu çox sevir”.

Modriçin “kral klubu” ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button