
“Real”ın Modriçi əvəzləmək üçün 2 namizədi var
Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç bu yay keçiriləcək Klublararası dünya çempionatından sonra “Real”dan ayrılacaq.
Madridlilər artıq Modriçin əvəzinə yeni yarımmüdafiəçi axtarışına başlayıb.
Komanda.az xəbər verir ki, bu barədə “Cadena Ser” radiosu məlumat yayıb.
Klubun transfer siyahısında iki futbolçunun adı ön plandadır. “Kral klubu” “Çelsi”nin oyunçusu Enzo Fernandesi və Leverkuzen “Bayer”inin üzvü Ezekiel Palasiosu diqqətdə saxlayır.
Fernandes cari mövsümdə “Çelsi”nin heyətində 44 oyuna çıxıb, 7 qol vurub və 13 məhsuldar ötürmə verib. Palasios isə “Bayer”lə 38 matçda iştirak edib, 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin