
Modriç qərarını verdi
İspaniyanın “Real” klubunun futbolçusu Luka Modriç komandadakı gələcəyi ilə bağlı qərarını verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu, “kral klubu”nda qalmağa qərar verib. Modriç “Real” rəhbərliyinə müqaviləsinin sonuna qədər komandada qalacağını, heç bir klubla danışıqlar aparmayacağını bildirib.
“Real”ın Modriçi satmaq istədiyi deyilirdi.
2012-ci ildən “Real”ın şərəfini qoruyam xorvatiyalı futbolçunun klubla müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin