
“Modriç üçün yaş fərqi yoxdur” – Sabiq futbolçu
Braziliya millisinin sabiq futbolçusu Kafu yarımmüdafiəçi Luka Modriçin “Milan”a potensial transferini şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, xorvatiyalı futbolçunun yaxşı oyunçu olduğunu söyləyib:
“Modriç əsl liderdir. O, meydanda topu çox yaxşı hərəkət etdirir, bunu dünyada az adam bacarır. Onun üçün yaş fərqi yoxdur. Ola bilsin ki, “Milan”a titullarla dolu çamadanla gələcək”.
Daha əvvəl mətbuatda yarımmüdafiəçinin İtaliya klubu ilə bir illik müqavilə bağlayacağı bildirilib.
Modriç 2012-ci ildən “Real”da çıxış edib və Madrid klubu ilə çoxlu kuboklar qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin