
“Modriç nə qədər yaşlansa, bir o qədər də yaxşı oynayır”
Xorvatiya millisinin sabiq hücumçusu İvan Klasniç həmyerlisi Luka Modriçin çıxışını yüksək qiymətləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 40 yaşlı yarımmüdafiəçinin hələ də yüksək səviyyədə oynamasının təəccüblü olmadığını deyib:
“Lukanın “Milan”dakı möhtəşəm oyununa təəccüblənmirəm. O, inanılmaz futbolçudur, dünyanın ən yaxşılarından biridir. Nə qədər yaşlansa, bir o qədər də yaxşı oynayır (gülür). Düşünürəm ki, o, bizi dünya çempionatında da köməyindən məhrum etməyəcək”.
Modriç cari mövsümdə “Milan”ın heyətində 7 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
“Milan” hazırda A Seriyasında turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



