”Çelsi” mənim üçün ən çətin rəqibdir” – Modriç

“Real”ın yarımmüdafiəçisi Luka Modriç Çempionlar Liqasının 1/4 final mərhələsində “Çelsi” ilə qarşılaşdıqları oyun (2:3) haqqında danışıb:

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, xorvat futbolçu, “Çelsi”nin onun üçün ən çətin rəqib olduğunu səyləyib:

“İnanmaq çətindir! Hesabı dəyişməyənə qədər turnirdən kənarda qalırdıq. Pis oyun keçirdiyimizi deyə bilmərəm. “Çelsi” şanslarından istifadə edib, qol vurdu. Çətin olacağını bilirdik. “Çelsi” mənim üçün ən çətin rəqibdir”.

“Real” ilk oyunda “Çelsi”ni 3:1 hesabı ilə məğlub etdiyindən, Çempionlar Liqasının yarımfinalına yüksələn tərəf olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button