Modriç mövsümün sonunda “Real”dan ayrılacaq

“Real”ın yarımmüdafiəçisi Luka Modriç bu mövsümünün sonunda Madrid təmsilçisini tərk edəcək.

Komsnda.az “sport.es”-ə istinadən xəbər verir ki, klub rəhbərliyi xorvatiyalı futbolçuya yeni müqavilə təklif etməmək qərarına gəlib.

Onun “Real”la hazırkı müqaviləsi 2024-cü ilin iyununda başa çatır.

Modriç 2012-ci ildən “kral klubu”nda çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 18 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button