Modriç MLS-də?

İspaniyanın “Real” klubunun futbolçusu Luka Modriç karyerasını okeanın o tayında davam etdirə bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Di Si Yunayted” klubu 34 yaşlı futbolçunun xidmətində maraqlıdır. Futbolçunu yayda heyətinə qatmağı planlaşdıran MLS klubu, “Real”la bu transferi müzakirə edib. “Kral klubu” ilə müqaviləsi yayda bitəcək Modriç, “Di Si Yunayted”ə azad agent kimi yollana biləcək.

2012-ci ildən “Real”da çıxış edən xorvatiyalı futbolçu, cari mövsümdə iştirak etdiyi 18 oyunda 4 qol, 5 məhsuldar ötürməylə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button