Modriç: “Milli komanda ilə fəxr edirəm”

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç 2024-cü il Avropa çempionatından kənarlaşdırıldıqdan sonra sosial şəbəkədə paylaşım edib.

Komanda.az xəbər verir ki, Modriç milli komanda ilə fəxr etdiyini bildirib:

“Xorvatiya millisinin forması ilə çox sevincli anlar yaşadım. Amma komandamız bu Avropa çempionatının ən uğursuz hissəsini yaşadı. Amma yenə də, milli komanda ilə fəxr edirəm. Dəstəyinizə görə hamınız çox sağ olun!”

Xorvatiya yığması iki xal toplayaraq, öz qrupunda üçüncü pillədə qərarlaşıb. Onların qrupundan İspaniya və İtaliya komandaları Avropa çempionatının pley-off mərhələsinə yüksəliblər. İtaliya millisi artıq 1/8 finalda İsveçrəyə uduzaraq (0:2), turnirdən kənarlaşdırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button