Modriç: “Hələlik özümü yaxşı hiss edirəm”

“Real”ın və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç karyerası ilə bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvat futbolçu hələlik özünü yaxşı hiss etdiyini bildirib:

“Mənim yaşımda nəyisə proqnozlaşdırmaq çətindir. Hələlik özümü yaxşı hiss edirəm. Meydanda olmaqdan zövq alıram. Bu münasibəti itirsəm, gələcəyi düşünəcəm. Sağlamlıq mənim üçün hər şeydən öndə gəlir”.

Modriç 2012-ci ilin avqustundan “Real”da çıxış edir. Tərəflər arasında mövcud müqavilə gələn ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button