İddia: Messi klubundan Modriçin transferini xahiş edib

“Real”ın yarımmüdafiəçisi Luka Modriç Lionel Messinin çıxış etdiyi “İnter Mayami”yə keçə bilər.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, xorvatiyalı futbolçu bu yay azad agent kimi ABŞ klubuna keçə bilər. Klubun həmsahibi Devid Bekhem ötən ildən Modriçi almağa çalışır. Bundan əlavə, Messinin özünün də klubdan Modriçi “İnter Mayami”yə transfer etməyi xahiş etdiyi iddia edilir.

Transfer baş tutarsa, yarımmüdafiəçinin müqaviləsi bir il – 2026-cı ilin iyul ayına qədər davam edəcək və maaşı 2,5 milyon dollar olacaq.

39 yaşlı futbolçu müqaviləsi başa çatdığı üçün Klublararası dünya çempionatından sonra “Real”ı tərk edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button