Modriç məhkəmədə qalib gəldi

“Real”ın yarımmüdafiəçisi Luka Modriç İspaniya vergi orqanlarına qarşı məhkəmədə qalib gəlib.

Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, 38 yaşlı futbolçu 3,5 milyon avro təzminat alacaq.

2018-ci ildə xorvatiyalı oyunçu 2012-ci ildən 2014-cü ilədək İspaniyada vergidən yayınma ittihamı ilə şərti 8 il həbs cəzası alıb və 1,2 milyon avro ödəməyə məcbur edilib. Modriç qərardan apellyasiya şikayəti verib.

Futbolçu İngiltərə təmsilçisi “Tottenhem”dən “kral klubu”na yeni keçdiyi üçün 2012-ci ildə bu ölkənin vergi rezidenti olmadığını bildirib. Məhkəmə isə yarımmüdafiəçinin arqumenti ilə razılaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button