Modriç: “Milan” barədə yalnız yaxşı sözlər deyə bilərəm”

“Milan”ın yarımmüdafiəçisi Luka Modriç İtaliya futboluna uyğunlaşmasından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı futbolçu uyğunlaşma mərhələsinin onun üçün çox önəmli olduğunu bildirib:

“Uyğunlaşma mərhələsi mənim üçün çox önəmlidir. Amma “Milan” barədə yalnız yaxşı sözlər deyə bilərəm. Komanda yoldaşlarım və baş məşqçim məni ən yaxşı şəkildə qəbul etdilər. Klubun səviyyəsi və təşkili məni heyran edir”.

Xorvatiyalı futbolçu yay transfer pəncərəsində “Real”dan ayrılaraq “Milan”la müqavilə imzalayıb. O, cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 3 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button