
Modriç İngiltərə klubunun sahiblərindən biri olacaq
“Real”ın yarımmüdafiəçisi Luka Modriç İngiltərənin “Suonsi” klubunun sahiblərindən birinə çevriləcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında artıq sözləşmə razılaşdırılıb və Modriç səhmlərin cüzi faizinə sahib olacaq.
Bunun Modriçin karyerasına təsir etməyəcəyi dəqiqləşdirilir. O, hələ də “Real”da oynamağa davam etmək istəyir.
Xorvatiyalı futbolçu 2008-2012-ci illərdə İngiltərə Premyer Liqasında – “Tottenhem”də çıxış edib. O, məhz londonluların düşərgəsindən bu günə kimi çıxış etdiyi “kral klubu”na keçib.
39 yaşlı yarımmüdafiəçinin “Real”la hazırkı müqaviləsinin müddəti bu ilin iyununun sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin